Çinə ilk səfər edən amerikalı general öldü

6-01-2019, 10:14           
Çinə ilk səfər edən amerikalı general öldü
ABŞ-ın keçmiş müdafiə naziri Harold Braun 92 yaşında dünyasını dəyişib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, sabiq Pentaqon rəhbərinin qızı Debora Braun atasının xərçəng xəstəliyindən əziyyət çəkdiyini deyib. Onun sözlərinə görə, general ömrünün son günlərinin Kaliforniya ştatında keçirib.

Harold Braun 1977-dən 1981-ci ilə qədər müdafiə naziri postunu tutub. O, bu postda ilk hərbi təhsilli şəxs olub. Braun həmçinin Çin Xalq Respublikasına səfər edən birinci amerikalı müdafiə naziri idi. Onun dövründə "soyuq müharibə" çərçivəsində ABŞ və SSRİ arasında münasibətlər kəskinləşib. Bundan sonra Amerika tərəfi müdafiə və hərbi potensiala xərcləri artırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru