Dünyanın dörd bir tərəfi silkələnir

7-01-2019, 08:08           
Dünyanın dörd bir tərəfi silkələnir
Mütəxəssislər ilin ilk Günəş tutulmasından sonra belə zəlzələlərin gözlənilən olduğunu bildirirlər.
Dünyanın hər tərəfində güclü zəlzələlər qeydə alınıb. Sputnik Azərbaycan xəbər verir ki, mütəxəssislər ilin ilk Günəş tutulmasından sonra belə zəlzələlərin gözlənilən olduğunu bildirirlər.

Günəş tutulmasından dərhal sonra Peru və Braziliya sahillərində güclü zəlzələ olub. Zəlzələnin gücü 6,8 baldan 7,2 bala qədər olub.

Bu gün Gürcüstanda da 3,4 bal gücündə zəlzələ olub. Bundan əlavə, İran-İraq sərhədində də 5,7 bal gücündə təkanlar qeydə alınıb. Gələn xəbərlərə görə, xeyli insan xəstəxanaya müraciət edib.

Gecə saatlarında ABŞ-ım Alyaska sahillərində də zəlzələ olub. Təkanların gücü 6,1 bala çatıb.

Nəhayət, İndoneziyanın Xalmaxera adasının yaxınlığında 6.6 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar yerli vaxtla saat 17:27-də qeydə alınıb. Zəlzələnin episentri Tobelo şəhərindən 151 km qərbdə, ocağı isə 60.6 km dərinlikdə yerləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru