Şəkidə külli miqdarda pul tapıldı - Sahibi axtarılır/Video

8-01-2019, 08:51           
Şəkidə külli miqdarda pul tapıldı - Sahibi axtarılır/Video
Şəkidə sahibkar mağazadan tapdığı külli miqdarda pulu sahibinə qaytarmaq istəyir, amma pulun kimə məxsus olduğunu bilmir.

Teleqraf.com xəbər verir ki, Şəkinin Cəfərabad kənd sakini Xəyal Qurbanəliyev keçən il noyabrın 24-də mərkəzi bazarın yaxınlığındakı ona məxsus mağazadan külli miqdarda pul tapıb.

O, bir müddətdir ki, pulun sahibini gözləyir. Lakin bu məsələ ilə bağlı hələlik heç kim mağazaya müraciət etməyib.

Xəyal Qurbanəliyev pulun miqdarını bilir. O, ona yaxınlaşan şəxslərdən bütün məlumatları tam dəqiqləşdirəndən sonra pulu sahibinə qaytaracaq.

Xəyal Qurbanəliyev heç kimin bəhanə ilə ona yaxınlaşmasını istəmir. Çünki pulun əsl sahibini gözləyir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru