Gömrük Komitəsinin polkovniki həbs olundu - Azərbaycanda

8-01-2019, 20:33           
Gömrük Komitəsinin polkovniki həbs olundu - Azərbaycanda
Dövlət Gömrük Komitəsinin “Azərpoçt”da yerləşən Poçt Daşıma Mərkəzindəki Gömrük Məntəqəsinin rəhbəri, polkovnik İsmayıl Abdullayev həbs olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat yayıb.

Onun sözlərinə görə, İsmayıl Abdullayev bir müddət öncə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən elə iş yerindəcə həbs edilib.

O, qanunsuz mobil telefon gətirən şirkətlərlə iş birliyində şübhəli bilinir.

Hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və DGK–nın İstintaq qurumu tərəfindən araşdırmaların aparıldığı bildirilir.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundovla da əlaqə saxladıq. Əvvəlcə zənglərimizə cavab verməyən qurum rəsmisi tədbirdə olduğunu, bizimlə əlaqə saxlayacağını bildirsə də, sonradan Axundovdan bir xəbər a












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru