Cavid Hüseynovun anasından ETİRAZ: - “Məmurun, müftəxorun...”

31-05-2016, 14:38           

“Rasim Əliyevin ölümünü başqa yerdə axtarmadılar, məmurun, müftəxorun oğlunda axtarmadılar. Mənim günahsız balamı içəri saldılar”.

Bu sözləri Modern.az saytına “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun anası Xalidə Hüseynova oğlunun 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə çıxarılan hökmlə bağlı danışarkən deyib.
X.Hüseynova məhkəmənin ədalətsiz qərar çıxardığını qeyd edib:

“Cavidin günahı sübuta yetirilmədi, tam haqsız, ədalətsiz məhkəmə keçirildi”.

Səbail rayon Məhkəməsində reportyor Rasim Əliyevin ölümündə təqsirləndirilərək həbs edilən, "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun barəsində başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Vəkil Adəm Məmmədov qərardan apelyasiya şikayəti verəcəyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru