Qafqaz Universitetinin tələbəsi özünü yandırdı: intihardan öncə məktub yazıbmış - VİDEO
31-05-2016, 19:46
Bakıda dəhşətli hadisə baş verib.
teref.az Kanalbaku-ya istinadən xəbər verir ki, 23 Yaşlı Agayev Mirkamal Mirnəzər oğlu May ayının 29-u 2016 ci il tarixində Ağır yanığ XƏSARƏTİ ile 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Yaxınlarının verdiyi məlumata görə hadisəyə səbəb primusun partlaması olub.. Digər iddialara görə gənc oğlan bilərəkdən özünü yandırıb. “Kanal Bakı”-ya daxil olan məlumata görə hadisəyə səbəb təhsil aldığı Qafqaz Universitetinin illik ödənişini ödəyə bilməyən Mirkamalin universitetdən uzaqlaşdırılması olub . Hazırda Mirkamalin vəziyyəti ağır olaraq qalır. İddiyaya görə Mirkamal özünü yandırmamışdan əvvəl bir məktubda yazaraq hər şeydən bezdiyini bildirib.
Xəstəxanadan Kanal Bakıya verilən məlumata görə Mirkamal Mirnəzər oğlu Ağayevin vəziyyəti ağır olaraq qalır. Şöbə müdri Şöhrət Məmmədov Mirkamalın bədəninin 70 faiz hissəsi yandığını qeyd etdi.
Mirkamalın atası isə hadisənin primusun partlaması zamanı baş verdiyini bildirdi. Ağayev Mirnəzərin sözlərinə görə universistet açıqlmaları yalandı. Hətta 3 cü kursun ödənişinin də, ödədiklərini vurğuladı. O Mirkamalın özünü yandırması haqqında gəzən söz söhbətləri yalan adlandırıb.
Məsələni dəqiqləşdirmək üçün Qafqaz universiteti ilə əlaqə saxladıq. Unversitetin rəsmi nümayəndələrinin açıqlmasını sizə olduğu kimi təqdim edirik. Verilən məlumata görə Mirkamalin Qafqaz unversitetinə 5200 manata yaxın borcu var.
[media=https://www.youtube.com/watch?v=TtwRSuT9p98]