Azərbaycanda kompüter məlumatlarını saxtalaşdıran əcnəbi sərhəddə saxlanıldı - TƏFƏRRÜAT

11-08-2023, 11:26           
Azərbaycanda kompüter məlumatlarını saxtalaşdıran əcnəbi sərhəddə saxlanıldı - TƏFƏRRÜAT
Astara Rayon Məhkəməsində dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd etməkdə təqsirləndirilən Hindistan vətəndaşı V.A.-nın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

TEREF.AZ bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.A. 1 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, V.A. 25 dekabr 2022-ci il tarixdə Azərbaycan Cinayət Məcəlləsinin 273-2-ci (Kompüter məlumatlarının saxtalaşdırılması) maddəsi ilə təqsirləndirilməsi ilə bağlı ibtidai istintaqı aparılan cinayət işi ilə bağlı Azərbaycandan çıxışına qadağa qoyulmuşdu. Bunun üçün o, qanunla müəyyən edilmiş qaydada Azərbaycanın dövlət sərhədindən keçə bilmədiyindən, yəni 15 sentyabr 2022-ci il tarixdə, saat 10:54-də hava limanından Bakı-Dubay aviareysi ilə getmək istəyərkən saxlanılaraq, Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verilib. V.A. yenidən, 11 oktyabr 2022-ci il tarixdə, saat 17:27-də hava limanından Bakı-Küveyt aviareysi ilə Küveytə getmək istəyərkən saxlanılıb. O, dövlət sərhədini keçə bilmədiyini bilib və cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə İrana, oradan da Türkiyəyə getmək üçün 22 may 2023-cü il tarixdə, saat 00:45 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsinin Astara rayonunda yerləşən zastavasının xidməti ərazisini piyada hərəkət edərək, mühəndis-texniki çəpərin üç ədəd məftilini kəsib həmin çəpərdən keçib. Lakin Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən “Dayan!” çağırış komandası verildikdən sonra əcnəbi saxlanılıb. Bununla da V.A. öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru