Nənəsi tərəfindən döyülən 2 yaşlı uşaq sığınacağa VERİLDİ - Sumqayıtda DƏHŞƏT

11-08-2023, 13:27           
Nənəsi tərəfindən döyülən 2 yaşlı uşaq sığınacağa VERİLDİ - Sumqayıtda DƏHŞƏT
Sumayıtda nənəsi tərəfindən fiziki zorakılığa məruz qalan 2 yaşlı uşaq sığınacağa yerləşdirilib.

TEREF.AZ bildirir ki, bu barədə Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə azyaşlının anası bir müddət əvvəl dünyasını dəyişib və uşaq nənəsinin himayəsində qalıb.

Nənə isə azyaşlını fiziki zorakılığa məruz qoyub:

“Əminənin 2 yaşı var. Balaca, nənənin fiziki işgəncələrindən axır ki, qurtulub. Sumqayıt Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq sığınacağa yerləşdirilib. Körpə bir həftə xəstəxanada nəzarətdə qalıb”.

Kəmalə Ağazadə əlavə olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, eləcə də Sosial Xidmətlər Agentliyinə müraciət edərək nənənin himayəsində daha 2 uşağın olduğunu və həmin azyaşlıların da nəzarətə götürülməsini tələb edib. Ayrıca, azyaşlıya fiziki zor göstərən nənəyə cinayət işi açılmalı olduğunu bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru