"TikTok"da canlı açıb pişiyi işgəncə ilə öldürdü - AZƏRBAYCANDA ŞOK
11-08-2023, 13:47
Azərbaycanda pişiyə işgəncə verilərək öldürülüb.
TEREF.AZ Lent.az-a istinadla xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, vətəndaş quşlarını yeyən pişiyi öldürüb və asıb. Daha sonra heyvanın cəsədinə işgəncə verib.
Həmin görüntüləri “TikTok” sosial şəbəkəsində canlı yayımlayıb.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəxsin rayon sakini, 1990-cı il təvəllüdlü Nizami Səlimov olması müəyyən edilib.
Rayon Polis şöbəsində şəxs barəsində qanunamüvafiq tədbir görülüb.