Samir Şərifov iclası yarımçıq tərk etdi

31-05-2018, 16:12           

Maliyyə naziri Samir Şərifov Milli Məclisin iclasını yarımçıq tərk edib.

Oxu.Az xəbər verir ki, bu gün parlamentdə “2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deputatların qaldırdığı suallara nazir Samir Şərifovun cavab verəcəyi gözlənilirdi.

Lakin nazir müzakirələrin bitməsini gözləmədən iclası yarımçıq tərk edib. Onun yerinə isə deputatların suallarına nazir müavini Azər Bayramov cavab verib.

Qeyd edək ki, S. Şərifovun iclası hansı səbəbdən tərk etməsi ilə bağlı məsələyə aydınlıq gətirilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru