Aviaşirkətində saytı çökdü....

1-06-2018, 12:36           
Aviaşirkətində saytı çökdü....
"Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin tərkibindəki "Buta Airways” aviaşirkətinin saytının fəalliyəti hazırda dayanıb. Onlarla istifadəçi günorta saatlarından etibarən sayta daxil ola və nəticədə bilet əldə edə bilmədiklərini söyləyib.

Məsələ ilə bağlı AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski "Qafqazinfo”ya açıqlamasında bildirib ki, texniki problem saytın serveri ilə bağlıdır:

"Hazırda texniki əməkdaşlar problemin aradan qaldırılması və saytın yenidən fəaliyyətə başlaması üçün çalışırlar. Problemin nə zaman həll olunacağı dəqiq bilinmir”.

Qeyd edək ki, bu gün Azərbaycanda internet və hostinq xidmətləri göstərən "Alfanet” şirkətinin fəaliyyətində də fasilə yaranıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru