İsrail Qəzza zolağından atılan daha bir raketi vurub

3-06-2018, 06:43           

İsrail hava hücumundan müdafiə sistemi Qəzza zolağından atılan daha bir raketi vurub.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidmətinin Twitter səhifəsində yerləşdirilən məlumatda deyilir.

Məlumatda bildirilir: "Sderot şəhəri və Şaar-xa-Neqev regional şura yaxınlıqlarında sirenal haqqında məlumatlardan sonra Qəzza zolağından İsrail ərazisinə daha bir raketin atıldığı qeydə alınıb. Raket "Dəmir günbəz" sistemi ilə vurulub".

Qeyd edək ki, daha əvvəl Qəzza zolağından İsrail ərazisinə iki raket atılıb. Onlardan birini "Dəmir günbəz" sistemi ilə vurulub, digəri isə İsrail ərazisinə çatmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru