Rusiyaya sürpriz: Kişinyovda o qalib gəldi

4-06-2018, 09:09           

Qərbyönlü Ləyaqət və Həqiqət Platformasının lideri Andrey Nestase Kiyev meri uğrunda keçirilən seçkilərin ikinci turunda qalib gəlib.

Axar.az xəbər verir ki, bülletenlərin 98 faizi artıq sayılıb. Hazırkı nəticələrə görə, seçicilərin 52,16% səsini qazanan Nestase liderdir.

Onun rəqibi, Sosialist Partiyasının namizədi İvan Çeban 47,94% səs toplayıb. MSK-dan verilən məlumata görə, yerdə qalan bülletenlər hazırkı nəticəni dəyişmək imkanına malik deyil və Nestase artıq qalib sayıla bilər.

Çeban məğlubiyyəti qəbul edib. “Kişinyov sakinlərinin qərarı budur. Nestaseni təbrik edirəm və verdiyi vədləri həyata keçirməsini arzulayıram”, - o deyib.

Nestase ilə qərbyönlü qüvvələrin qalib gəldiyini bildirərək, hamının meri olacağına söz verib.

MSK-nın məlumatına görə, seçici fəallığı 39,12 faiz olub.

Qeyd edək ki, bu, Rusiyanın Moldavada maraqlarına növbəti zərbə sayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru