Şirniyyat mağazasında iyrənc olay - 4 yaşlı qıza təcavüz etdi və... - VİDEO

5-06-2018, 22:07           
Şirniyyat mağazasında iyrənc olay - 4 yaşlı qıza təcavüz etdi və... - VİDEO
Şirniyyat mağazasının işçisi müdirinin 4 yaşlı qızına təcavüz edib, öldürüb.

teref.az xəbər verir ki, Hindistanda Virender Bholu adlı 24 yaşlı oğlan müdirinin 4 yaşlı qızına təcavüz edib, sonra da bıçaqlayaraq öldürüb.

Bhlou uşağı öz evində öldürdükdən sonra cəsədini anasının evindəki konteynerin içinə atıb, sonra da işə qayıdıb.

Uşağın valideynləri onun itkin düşməsi barədə polisə məlumat veriblər. Bhlou da iz itirmək üçün uşağı axtaranlar arasında olub. Lakin kameraya düşən görüntülər sayəsində onun cinayət əməli ortaya çıxıb.

Onun uşağı qaçırdığı anlar təhlükəsizlik kamerasına düşüb. Hadisə Yeni Dehli şəhərindən 80 km uzaqlıqda baş verib. Bhlou həbs edilib.


Qeyd edək ki, ailəli olan Bhlou 9 il həmin şirniyyat mağazasında işləyib.(milli.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru