Rio-de-Janeyroda aeroportun fəaliyyəti atışma səbəbindən dayandırılıb

9-06-2018, 08:11           
Rio-de-Janeyroda aeroportun fəaliyyəti atışma səbəbindən dayandırılıb
Braziliyanın Rio-de-Janeyro şəhərinin mərkəzindəki Santos Dyumon hava limanı yaxınlıqdakı ərazidə polislərlə cinayətkarlar arasında baş verən atışma ilə əlaqədar işini dayandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.

Məlumata görə, hava limanının işindəki fasilə 20 dəqiqə davam edib. Limanın administrasiyasından bildirilib ki, fövqəladə vəziyyət reyslərin yubanmasına səbəb olmayıb. Yerli qanunvericiliyə görə, yarım saatdan az yubanma gecikmə sayılmır.

Polislə quldurlar arasındakı qarşıdurma səbəbindən kanat yolunun da işi 2 saat dayanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru