Dünyanın ən bahalı futbolçularından ibarət rəmzi komanda bəlli oldu
30-03-2025, 00:06
"Transfermarkt" dünyanın ən bahalı futbolçularından ibarət rəmzi komandanı tərtib edib.
TEREF Oxu.Az-a istinadən xəbər verir ki, bu "onbirliy"in müdafiəsində "Arsenal"dan iki, həm yarımmüdafiə, həm də hücumunda isə "Real Madrid"dən iki futbolçu yer alıb.
Dünyanın ən bahalı futbolçularından ibarət rəmzi komanda:
Qapıçı: Qreqor Kobel ("Borussiya Dortmund") - 40 milyon avro;
Müdafiəçilər: Uilyam Saliba ("Arsenal") - 80 milyon avro, Alessandro Bastoni ("İnter") - 80 milyon avro, Qabriel Maqalhaes ("Arsenal") - 75 milyon avro;
Yarımmüdafiəçilər: Federiko Valverde ("Real Madrid") - 130 milyon avro, Cud Bellingem ("Real Madrid") - 180 milyon avro, Florian Virtz ("Bayer Leverkuzen") - 140 milyon avro;
Hücumçular: Lamin Yamal ("Barselona") - 180 milyon avro, Vinisius Junior ("Real Madrid") - 200 milyon avro, Erlinq Holand ("Mançester Siti") - 200 milyon avro, Kilian Mbappe ("Real Madrid") - 170 milyon avro.