“Qarabağ” “Beşiktaş”a yox dedi

28-08-2017, 12:53           
“Qarabağ” “Beşiktaş”a yox dedi
Türkiyənin "Beşiktaş” klubu sentyabrın 2-də Bakıda yoxlama oyunu keçirmək üçün "Qarabağ”a təklif göndərib.

teref.az fanat.az-a istinadən xəbər verir ki, Türkiyə çempionu DÇ-2018-in seçmə matçları ilə əlaqədar daxili çempionatda yaranacaq fasilə zamanı Bakıda hər iki komandanın iştirakı ilə yoldaşlıq matçı keçirmək istəyib. Bu oyun həm də "qara qartal”ın Azərbaycandakı çoxsaylı azarkeşlərinə hədiyyə olacaqmış.

Amma Ağdam klubunun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması səbəbindən iş yükünün çoxalması, eləcə də futbolçuların əksəriyyətinin milli komandalarının düşərgəsində olması ilə əlaqədar "Qarabağ” bu təklifə mənfi cavab verib.

"Qarabağ”ın direktoru Əmrah Çəlikəl qol.az-a açıqlamasında məlumatı təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru