Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək

22-09-2017, 08:46           

Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək. “Report” xəbər verir ki, qitə birinciliyinin oyunları 3 məkanda keçiriləcək.
Turnirin A və C qrupunun, eləcə də yarımfinal və final oyunları Bakıda Milli Gimnastika Arenasında olacaq. D qrupunda qərarlaşan kollektivlər Göygöldə Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər. B qrupunun və 1/4 final mərhələsinin matçları isə Gürcüstanın paytaxtı Tbilisidə Yeni İdman Sarayında baş tutacaq.
A qrupunda yer alan Azərbaycan yığması ilk oyununu Macarıstan milli komandasına qarşı keçirəcək.
Avropa çempionatı
I tur
22 sentyabr
A qrupu
18:00. Macarıstan – Azərbaycan
20:00. Almaniya – Polşa
Bakı. Milli Gimnastika Arenası
B qrupu
18:00. İtaliya – Gürcüstan
21:00. Belarus – Xorvatiya
Tbilisi. Yeni İdman Sarayı
C qrupu
15:30. Ukrayna – Rusiya
Bakı. Milli Gimnastika Arenası
D qrupu
17:00. Serbiya – Çexiya
20:00. Hollandiya Belçika
Göygöl. Olimpiya İdman Kompleksi













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru