AVRO-2017: Türkiyə millisi pley-offa vəsiqə qazanıb

26-09-2017, 08:57           
AVRO-2017: Türkiyə millisi pley-offa vəsiqə qazanıb
zərbaycan və Gürcüstanda qadın voleybolçular arasında keçirilən Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, Tiflis və Göygöldə qarşılaşmalar başa çatdığından qrup mərhələsinin son matçları Bakıda baş tutub.

Yığmamızın yer aldığı A qrupunda mübarizəni davam etdirəcək komandalar müəyyənləşib. Macarıstan Avro-2017 ilə vidalaşdığından, Polşa pley-offda rəqibini gözləyir. Almaniya və Azərbaycan isə bu gün qrup liderini müəyyənləşdiriblər. Voleybolçularımız qalib gələrək qrup lideri kimi birbaşa 1/4 finala yüksəlib.

C qrupunda isə hər şey son turda dəqiqləşib. Bolqarıstana qalib gələn Rusiya lider olub. Türkiyə isə Ukraynanı yenərək 3-cü olub və pley-offa adlayıb.

Qeyd edək ki, matçlar Milli Gimnastika Arenasında keçirilib.

Avro-2017
Qrup mərhələsi
25 sentyabr

A qrupu
III tur
Almaniya - Azərbaycan - 1:3 (25:19, 19:25, 18:25, 18:25)

1
Azərbaycan
3
3
0
9-1
244-191
9
2
Polşa
3
2
1
6-6
258-250
5
3
Almaniya
3
1
2
6-7
267-285
4
4
Macarıstan
3
0
3
2-9
220-263
0

C qrupu
Rusiya – Bolqarıstan - 3:2 (21:25, 25:20, 23:25, 25:21; 15:13)

Türkiyə - Ukrayna - 3:1 (25:20, 25:19, 20:25, 25:23)

1
Rusiya
3
3
0
9-5
312-299
7
2
Bolqarıstan
3
2
1
8-7
313-298
5
3
Türkiyə
3
1
2
6-7
287-282
4
4
Ukrayna
3
0
3
5-9
279-312
2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.