"Qarabağ" Bakı Nəqliyyat Agentliyinin pulunu artıqlaması ilə verib"

28-09-2017, 22:29           

Təşkilatçılıq baxımından problemlərin yarandığını qəbul edirəm. Bunun da səbəbi təcrübəsizlik idi”.

teref.az-nun məlumatına görə, bu sözləri "Qafqazinfo”ya açıqlamasında "Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.

O, dünən UEFA Çempionlar Liqasında baş tutan "Qarabağ” – "Roma” oyunundan sonra nəqliyyat və biletlə bağlı azarkeşlərin narazı qalmasına münasibət bildirib. Çəlikəl bütün problemləri ilk dəfə bu turnirə qatıldıqlarından və belə böyük stadionda xeyli sayda azarkeşin olmasından qaynaqlandığını deyib:

"Bütün narazılıqlardan xəbərimiz var. Bunlar hamısı ilk dəfə ÇL kimi böyük turnirdə oynadığımızdan qaynaqlanır. Azarkeş sayı da gördüyünüz kimi çox idi. Araşdırma aparırıq və bütün narazılıqları növbəti oyunda aradan qaldırmağa çalışacağıq”.

Klub rəsmisi oyundan sonra avtobusların "Qarabağ”ın Bakı Nəqliyyat Agentliyinə ödəniş etmədiyi üçün "yoxa çıxması” ilə bağlı iddialara da münasibət açıqlayıb: "Yox, bu düzgün informasiya deyil. Biz onlarla necə lazımdır ki, razılaşıb işləmişik. Sadəcə tərəfdarlara məlumat verərkən problemlər ortaya çıxıb. Bunu qəbul edirik. Gələn oyunlarda daha yaxşı təşkilatçılıq edəcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru