Tiflisdə futbol ulduzlarının iştirakı ilə matç keçirildi

30-09-2017, 08:31           
Tiflisdə futbol ulduzlarının iştirakı ilə matç keçirildi
Sentyabrın 29-da Tiflisdə "Milan" klubunun sabiq futbolçusu Kaxa Kaladzenin təşkilatçılığı ilə xeyriyyə matçı keçirilib.
Matçda Kaladzenin keçmiş klub yoldaşları ilə yaxın keçmişin məşhur futbolçuları qarşılaşıb.
İştirakçılar arasında Luka Toni, Rivaldo, Andrey Şevçenko, Kafu, Françesko Totti, Ernan Krespo, Kevin Kurani, Alessandro Kostakurta, Xavyer Sanetti və başqaları olub.
Görüş dünya yığması komandasının 6:5 hesablı qələbəsi ilə başa çatıb. Matçda qolları Toni (dubl), Aleksandr İaşvili, Miçel Salqado, Rivaldo, Kafu, Kurani, Totti, Georgi Demetradze, Şevçenko və Marko Delvekkio vurub.
Oyuna bilet satışından əldə olunan bütün vəsait bu yay güclü yanğınlardan zərər çəkmiş Borjomi meşələrinin bərpasına sərf olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru