Kürdəmirdə AĞIR QƏZA - Ölən və Yaralılar var

5-12-2019, 09:24           
Kürdəmirdə AĞIR QƏZA - Ölən və Yaralılar var
Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonun Alğırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford Tranzit” markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində Mingəçevir şəhər sakini 1989-cu il təvəllüdlü Şıxıyev Rəşad Əlvan oğlu dünyasını dəyişib, sürücü 2000-ci il təvəllüdlü Cabbarlı Ayxan Cəbi oğlu və onun sərnişini 1990-cı il təvəllüdlü İslamova Könül Faid qızı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru