Köhnə "OKA"sı olan Qarabağ əlillərinə təzə avtomobillər veriləcək

15-09-2015, 21:48           
Köhnə "OKA"sı olan Qarabağ əlillərinə təzə avtomobillər veriləcək
Əvvəlki illərdə avtomobil almış və vasitəsi artıq yararsız olan Qarabağ müharibəsi əlillərinə təkrar avtomobillər veriləcək. "Report"un xəbərinə görə, bu barədə keçirdiyi mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.

Nazirin sözlərinə görə, Qarabağ müharibəsi əlilləri bu məsələ ilə bağlı nazirliyə müraciət edib: "Qarabağ müharibəsi əlilləri gəlmişdilər və xahiş edirdilər ki, ilk illərdə avtomobil almış birinici qrup Qarabağ müharibəsi əlillərinə avtomobilləri artıq sıradan çıxdığına görə yenidən avtomobil verilsin. Onlar istəyirlər ki, qaydalara dəyişiklik edilsin və hər il veriləcək avtomobillərin 10 faizi onlar üçün ayrılsın. Onlar mənə müəyyən şəkillər göstərdilər və gördüm ki, buna ehtiyac var".

Nazir bildirib ki, əlillər bu məsələ ilə bağlı nazirliyə rəsmi müraciət göndərdikdən sonra bu istiqamətdə iş aparılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.