Ermənilər Qırmızı Bazarı boşaldır? – AÇIQLAMA

14-03-2021, 11:45           
Ermənilər Qırmızı Bazarı boşaldır? – AÇIQLAMA
Qırmızı Bazar qəsəbəsinin Azərbaycan Ordusunun nəzarəti altına verilməsi barədə yayılan xəbərlər təkzib olunub.

Teref.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, qəsəbənin boşaldılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edək ki, daha öncə Ermənistanın “Politik.am” saytı Qırmızı Bazar qəsəbəsinin boşaldıldığı barədə məlumat yaymış, prosesin Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov, baş separatçı-terrorçu Araik Arutyunyan və Ermənistan Milli Təhlükəsizlik Xidməti nümayəndəsinin iştirakı ilə baş tutduğunu yazmışdı. İddia edilirdi ki, Qırmızı Bazar vasitəsilə Şuşaya gedən əsas yolun Azərbaycan ordusuna təhvil verilməsinə hazırlıq gedir, sonrakı prosesdə isə qəsəbənin tamamilə boşaldılacağı və azərbaycanlı köçkünlərin bura yerləşdiriləcəyi bildirilmişdi.

Mətbuat.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru