Putinin keçmiş dostu: - "O xərçəngdən əziyyət çəkir"

4-06-2022, 10:43           
Putinin keçmiş dostu: -
Rusiya Prezidenti Vladimir Putinin keçmiş dostu və keçmiş bankir Sergey Puqaçov diqqət çəkən açıqlama verib. DİA.AZ AzVision.az-a istinadla xəbər verir ki, o, Rusiya rəhbərinin ağır xəstəlikdən əziyyət çəkdiyini iddia edib.

Keçmiş bankir ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində Putinin xərçəng xəstəliyi ilə mübarizə apardığını ehtimal edib.

Onun sözlərinə görə, Rusiya lideri bu xəstəliyi sadəcə yaş faktoruyla əlaqədar tapıb.

- Mən belə güman edirəm ki, Rusiya prezidentində xərçəng xəstəliyi var. Bu sadəcə yaşa görədir... Niyə də olmasın? Mən xərçəngin 70 yaşında yarandığını güman edirəm. Xərçəng müalicə olunur. Baxmayaraq ki, bu, təbii ki, onun hansı onkoloji növündən asılıdır, - Puqaçov deyib.

Xatırladaq ki, son vaxtlar dünyanın bir sıra ekspertləri və media orqanları Vladimir Putinin xəstə olduğunu yazırlar. Onun xüsusilə də, mədəaltı vəzinin və ya onurğa sümüyü xərçəngi, Parkinson xəstəliyi, demensiyadan əziyyət çəkdiyi deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru