"Putinin bir əmrlə müharibəni bitirə bilər" - Zelenski

5-06-2022, 09:08           
"Putinin bir əmrlə müharibəni bitirə bilər" - Zelenski
Kremlin rəhbəri Vladimir Putinin verdiyi bir əmrlə Ukraynadakı müharibəni bitirə bilər. Lakin hələ də belə bir sərəncam yoxdur.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
Dövlət başçısı vurğulayıb ki, Putin belə bir əmr versə, müharibə hər an dayana bilər.

"Rusiya ordusu kilsələri yandırmağı, şəhərləri dağıtmağı, uşaqları öldürməyi dayandıra bilər. Əgər məhz o şəxs Moskvada sadəcə əmr versə... Və hələ də belə bir əmrin olmaması bütün dünya üçün açıq-aşkar təhqirdir”, - Zelenski bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru