78 arvadı olan "peyğəmbər" peyda oldu: 54 arvadı 17 yaşından az...
6-06-2022, 00:08

ABŞ-da özünü “peyğəmbər” elan edən Vorren Jeffslə bağlı qalmaqal dünya gündəmini zəbt edib.
Cebhe.info "peyğəmbər" haqqında maraqlı məlumatları təqdim edir.
1929-cu ildə ABŞ-ın Yuta ştatında Lorin C. Vulli tərəfindən Müqəddəslərinin Fundamentalist Kilsəsi (FLDS) adlanan Fundamentalist İsa Məsih Kilsəsi təsis edilib.
Bu kilsə öncə özlərini xristian kimi tanıtmış, sonra məhv edilmiş xristianlığın bərpası üçün çalışdığı deyilir.
Müəyyən bir müddətdən sonra kilsə çoxarvadlılığı təsdiq edib. Bu gün irqçi, homofob və təzyiqçi baxışlara malik təriqətə Varren Jeffs rəhbərlik edir. Jeffs din üzvləri tərəfindən “peyğəmbər” hesab olunur.
İcmaya 1986-cı ildən "ruhani" adlandırılan Rulon Jeffs rəhbərlik edib. Lakin 2002-ci ildə Rulon Jeffs vəfat edəndən sonra onun oğlu Varren Jeffs təriqətin başına keçib. Çoxarvadlılığı dəstəkləyən təriqətin hansı əqidəyə malik olduğu dəqiq məlum deyil. Üzvləri tərəfindən "The Creek" kimi tanınan bölgədə təriqətin 10 min üzvü olduğu təxmin edilir.
93 ildir mövcud olan təriqətdə Varren Jeffsin liderliyi ilə bir çox yeni qaydalar hökm sürür. O, oyuncaqlarla oynamağı, televiziyaya baxmağı, qəzetləri oxumağı, internetə girməyi, ad günü və Milad bayramını qeyd etməyi, balıq ovu kimi fəaliyyətləri qadağan edib.
Sözügedən məzhəbdə qadınların saç kəsdirmələri kimi çox mənasız qadağa da var.
78-dən çox arvadı olan Varren Jeffsin bütün arvadlarını iqamətgahında həbs etdiyi bildirilir. Onlardan yalnız 54-nün yaşı 17-dən yuxarıdır. Çoxarvadlılığı normal qəbul edən məzhəbdə hətta 12 yaşında uşaqlarla evlənmə normal sayılırdı.
Hadisələr 2006-cı ildə üzə çıxıb. Varren Jeffs FTB -nin ən çox axtarılanlar siyahısına düşdü. Jeffs həbs edildikdən sonra 500-ə yaxın uşaq icmadan çıxarıldı. Həbsxanaya salınan Ceffs bir ildən sonra özünü asmağa çalışdı. Lakin bu uğursuz oldu. 2009-cu ildə ölüm orucuna girdi, lakin bu da uğursuz alındı. 2011-ci ildə onun naməlum tibbi səbəbdən həbsxanada komaya düşdüyü iddia edilir. Jeffs bir neçə yeniyetmə qıza qarşı cinsi istismara görə mühakimə olunarkən, bir qadın uşaq ikən Jeffs tərəfindən zorakılığa məruz qaldığını iddia edərək onu 2017-ci ildə məhkəməyə verib. Məhkəmə qeydlərə görə, komadan sonra özünə gələ bilməyən Jeffsin əqli pozğunluğu olması səbəbindən ona qarşı qaldırılmış cinsi istismar iddiasına cavab verə bilməyib. Yəni məhkumun özünü müdafiə etmək üçün ifadə verməyi münasib görülməyib.
Bəzi iddialara görə isə 2006-cı ildə cinsi təcavüzə görə ömürlük həbsə məhkum edilən Varren Jeffs həbsxanada olmasına baxmayaraq, kütləni uzaqdan idarə edir.