Rusiya PUA-ların istehsalına hazırlaşır

8-06-2022, 00:03           
Rusiya PUA-ların istehsalına hazırlaşır
Rusiyada Hərbi Dəniz Qüvvələrinin gəmilərini təchiz etmək üçün pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına 2026-cı ildə başlanacaq.

Bu barədə TASS-a Rusiyanın hərbi sənaye kompleksindəki mənbə bildirib.

Məlumata görə, hücum və kəşfiyyat məqsədilə istehsalı nəzərdə tutulan pilotsuz təyyarələrinin ilkin dizaynına cair ilin ikinci yarısında başlanacaq. Ümumilikdə, layihənin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Mənbə, həmçinin 2025-ci ildə işçi layihə sənədlərinin veriləcəyini və cihazların istehsalına hazırlıq işlərinə başlanılacağını qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru