Mariupoldakı kimi deyil, döyüşlər küçədə gedir - Qayday

9-06-2022, 10:37           
Mariupoldakı kimi deyil, döyüşlər küçədə gedir - Qayday
Hələlik Severodonetsk müdafiəçilərinin düşmən tərəfindən mühasirəyə alınması təhlükəsi yoxdur. Hazırda Luqansk vilayətinin ərazisinin 90%-dən çoxu Rusiyanın işğalı altındadır.

Axar.az xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının sədri Sergey Qayday deyib.

O qeyd edib ki, Severodonetskdə döyüşlər davam edir, Ukrayna qoşunları sənaye zonasının ərazisini öz nəzarəti altında saxlayır:

“Sənaye zonasına gəlincə, bizim müdafiəçilər orada ərazini saxlayırlar. Döyüşlər sənaye zonasında yox, şəhərdə gedir, şəhərin əksər hissəsi həqiqətən də rusların nəzarətindədir. Bu, Mariupolda, döyüşlərin birbaşa “Azovstal”ın ərazisində getdiyi kimi deyil. Bizim uşaqlar Severodonetsk küçələrində döyüşür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru