Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi 18 aylıq şəhid Zəhranın atasını aldadıb

28-08-2017, 13:13           
Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi 18 aylıq şəhid Zəhranın atasını aldadıb
Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan 18 aylıq Zəhranın ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aldadılıb.
teref.az yenicag.az-a istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş” şöbəsinin müdiri Qənimət Əliyev Zəhranın anasının savadsızlığından istifadə edərək, ərizəyə qol çəkdirib. Bu barədə, Zəhranın valideynləri tərəfindən Prezidentə ünvanlanan məktubda deyilir.
Həmin ərizədə guya ailənin onlara təklif olunan ev və digər məsələlərdən imtina etdiyi qeyd olunur.
Məsələ ilə bağlı şəhid balamızın atası Elnur Quliyevlə əlaqə saxladıq. yenicag.az-a açıqlama verən E. Quliyev, məlumatı təsdiqləsə də, bu barədə ətraflı danışmaq istəmədiyini dedi:

“Bu məsələni özüm həll edəcəm. Xahiş edirəm, heç kim qarışmasın. Özüm Prezident Aparatının qarşısına çıxacam. Mən kimləri kreslodan yıxacağımı bilirəm”.
Füzuli rayon İcra Hakimiyyətinin də mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru