Elman Rüstəmovla Rüfət Aslanlı bankları kəllə-mayallaq edib - 47 milyonluq iş...

30-03-2018, 00:26           
Elman Rüstəmovla Rüfət Aslanlı bankları kəllə-mayallaq edib - 47 milyonluq iş...
Mərkəzi Bank sədri Elman Rüstəmovla Maliyyə Bazarlarına Nəzarət Palatası sədri Rüfət Aslanlı ölkənin bank sektorunu kəllə-mayallaq ediblər
Devalvasiyadan çökən banklar 3 ildir özlərinə gələ bilmirlər.

Bu iqtisadi siyasətin arxasında duran E.Rüstəmovla R.Aslanlıya bank sektorunun sağlamlaşdırılması tapşırılıb. Prezident bu məqsədlə MBNP təsis etdi.

Ancaq geridə qalan dövr ərzində yürüdülən iqtisadi siyasətin nəticələri ondan ibarətdir ki, nə baş bankir, nə palata sədri prezidentin tapşırıqlarını doğru şəkildə icra etməyiblər.

Faktiki olaraq banklar domino daşı kimi yıxılmaqda davam edirlər. Nəticədə əmanətçilər də, banklarda işləyənlər də böyük problemlə qarşılaşırlar.

Məsələn, ləğv prosesində olan “Bank Standard” QSC-nin (Bank) əmanətçiləri E.Rüstəmovla R.Aslanlını məkəməyə veriblər.

Bu barədə Bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

Onun sözlərinə görə, 82 əmanətçi “Bank Standard”ın müflisləşməsində təqsirli hesab etdiyi dövlət qurumların və şəxslərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi rayon məhkəməsində 6 kollektiv iddia irəli sürüb.

“Təqsirkarlardan vurulan zərərin əvəzi – 47,5 mln. dollardan çox məbləğin ödənilməsi tələb olunur. Bu, təxminən 81 mln. manat təşkil edir.

Xatırladıram ki, ümumiyyətlə əmanətçilərin bu bankda 157 mln. manatı qalıb. Yaxın vaxtda digər əmanətçilər də bu iddialara qoşulacaq.

İddiada əsas sübut (təbii, digər sübutlar da var) kimi Ali Məhkəmə tərəfindən təsdiq olunmuş Ləğv Planına istinad olunur.

Belə ki, Ləğv Planında “Bank Standard”da uzun illər boyu baş vermiş kobud qanun pozuntuları ətraflı təsbit edilib.

Yekunda da qeyd olunub ki, 1,2 mlrd. manat borcu olan bankın cəmi 196 mln. manatlıq əmlakı var (yəni zərər 1 mlrd. manatdan çoxdur!), buna görə də əmanətçilərə 1 qəpik də qaytarılmayacaq”, – deyə vəkil qeyd edib.

FİA.Az-ın İqtisadiyyat Şöbəsinin verdiyi məlumatda bildirilir ki, prezident R.Aslanlıya etimad göstərmişdi.

E.Rüstəmovun edə bilmədiklərini onun islahatlara gedərək həyata keçirəcəyi gözlənilirdi. Lakin palata sədri baş bankirdən fərqlənmir.

Hazırda əmanətçilər 47 milyonluq məbləği onlardan tələb edirlər. Çünki sözügedən bankı hər iki məmur diz çökdürüb.

İndiyə qədər R.Aslanlının şəxsi biznesinin olması barədə də elə bir məlumata rast gəlinməsə də, onun bahalı şərab həvəskarı olduğuna dair iddialar yayılıb. Bu barədə cumhuriyyet.net saytı maraqlı bir yazı dərc edib.

Yazıda bildirilir ki, Rüfət Aslanlı çox bahalı və dəbdəbəli həyat tərzi yaşamaqdadır. Bu da onun qısa müddət ərzində kifayət qədər iri məbləğdə kapitala sahib olduğunu deməyə əsas verir.

Bir dövlət məmurunun illik qazancı ilə bir şüşəsinin dəyəri 3000 AVRO ilə 20000 AVRO arasında dəyişən xüsusi şərabları öz adı ilə sifariş vermək, heç bu cür şərabların hazırlandığı yerlərdə olub onların dequstasiyasının aparmaq hardasa mükünsüzdür.

Yazıda həmçinin qeyd edilir ki, R.Aslanlının 2-3 günlük istirahət xərci 30-40 min ABŞ dolları və ya 55-70 min manat civarındadır:

“Belə ki, Palatanın rəhbəri xarici ölkələrə səfərə gedərkən ən tanınmış 5-7 ulduzlu hotellərdə istirahət edir.

Burada qəribə bir nüans yoxdur, hər bir insanın yaxşı hotellərdə qalmaq haqqı var, o cümlədən də cənab Aslanlının.

Qəribə burasındadır ki, bu cür hotellərin ən yaxşı lüks nömrələrinin 1 gecəlik qiyməti 1000-1500 ABŞ dolları olduğu halda Palatının rəhbəri, dəbdəbəli həyat tərzinə alışqan R.Aslanlı xarici ölkələrin birində, hoteldə qalarkən 2 gecə üçün bir nömrəyə 12000 ABŞ dolları hesab ödəyir”.

Qısa müddət ərzində R.Aslanlıya iri məbləğdə kapital toplamasına yardımçı olmuş və onun ən yaxın adamları hesab olunan Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Araz Əliyev və Əmanətlərin Sığortalanması Fondunun keçmiş sədri Azad Cvadovu da yaddan çıxartmaq olmaz.

Məlumatlara görə Bank məsələləri üzrə ən yaxın baş biləni hesab etdiyi Araz Əliyevin və ən yaxşı iş icraçısı olan Azad Cavadovun köməkliyi ilə Palataya rəbərlik etdiyi gündən bu üçlük vəzifə səlahiyyətlərinindən istifadə etməklə nəzarət etdikləri maliyyə müəssisələrində müxtəlif və ağılagəlməz yollarla külli miqdarda kapital toplamağa müvəffəq olmuşlar.

Burada həm dövlət vəsaitləri (Əmanətlərin sığortalanması Fonduna ayrılmış vəsaitlər) hesabına, həm də, özəl sahibkarlığa məxsus (bağlanılmış 11 bank) vəsaitlər hesabına toplanılmış məbləğlər əsasında formalaşmış kapitaldan söhbət gedir.
fia.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.