Abdin Fәrzәliyevin milyonluq fırıldaq әmәllәri aşkarlanır ­ ŞOK İDDİA

6-02-2017, 00:18           

Sosial vәziyyәtlәri çәtin durumda olan insanlardan pulların alınması üçün, ilk öncә “işbaz” olaraq Mәzahir Nәsibov adlı şәxs müәyyәnlәşdirilir 2005¬ci ilin dekabr ayından Abdin Fәrzәliyevin icra başçısı olduğu Nәrimanov rayonunda yaşanan vә hәddi hüdudu bilinmәyәn çoxsaylı problemlәrin varlığı, tәkcә bu gün deyil, hәlә ötәn illәr әrzindә dә müzakirә olunan mәsәlәlәr olub. Problemin әmәlә gәlmәsinә müәyyәn hallarda hәyata keçirilәn yarıtmaz idarәçilik sәbәb olubsa, әksәr hallarda isә, rәhbәrliyin ayrı-ayrı vәzifә sahiblәri ilә qurduğu işbirliyi vә qol qoyduğu çoxsaylı qanunsuzluqlar әsas rol oynayıb. Bu gün rayon әrazisindә yaşanan vә çoxsaylı sakinlәrin aldadılması ilә nәticәlәnәn addım da, mәhz Abdin Fәrzәliyevin vә digәr vәzifә sahiblәrinin adları ilә bağlanan fırıldaq әmәlidir. Belә ki, “Gündәm Xәbәr”in redaksiyasına üz tutan Mübariz Hacıyev adlı şәxs, tәqribәn 107 nәfәr sakinin imzaladığı müraciәti redaksiyamıza tәqdim edәrәk bildirdi ki, “Bakı şәhәri Nәrimanov rayon İcra Hakimiyyәtinin (RİH) başçısı Abdin Fәrzәliyevin vә Azәrbaycan Gözdәn Әlillәr Cәmiyyәtinin (Az. GӘC) sәdri Sәmyar Abdullayevin tәşkilatçılığı ilә, müxtәlif tәbәqәlәrdәn olan korrupsiyalaşmış dövlәt mәmurları tәrәfindәn mütәşәkkil korrupsiya vә dәlәduzluq yolu ilә, respublikanın ayrı¬ayrı regionlarından 160¬a yaxın sosial vәziyyәtlәri çәtin durumda olan ailәlәrin (yәni bizlәrin) 8 (sәkkiz) milyon manat mәblәğindә pulları mәnimsәnilmişdir. Baş verәn korrupsiya vә dәlәduzluq “PİRAMİDA” formasında tәşkil olunmuş vә “PİRAMİDA”nın üzvlәri Nәrimanov RİH¬in başçısı, Nәrimanov RİH¬in müvafiq qurumları, Nәrimanov RPݬin müvafiq qurumu, Az.GӘC¬in sәdri vә GӘC¬in müvafiq qurumu, Bakı şәhәr İcra Hakimiyyәtinin başçısı aparatının müvafiq qurumları vә s. olmuşlar. Dәlәduzluq әmәllәrinә qol qoyanlar sosial vәziyyәtlәri çәtin olan ailәlәr üzәrindә korrupsiya vә dәlәduzluq әmәllәrini hәyata keçirmәk üçün, “Gözdәn әlillәrin fiziki cәhәtdәn sağlam insanlardan tәcrid edilmәmәsi vә cәmiyyәtә inteqrasiyasına kömәklik göstәrilmәsi” vә “Sosial vәziyyәtlәri çәtin olan ailәlәrin mәnzillә tәmin edilmәsi” adı altında, tәqribәn 160¬a yaxın ailәni Nәrimanov rayonu, F.X.Xoyski küçәsi, 123A ünvanında yerlәşәn Az.GӘC¬nә mәxsus yataqxanaya qeydiyyata almış vә Nәrimanov RİH¬in başçısı Abdin Fәrzәliyevin sәrәncamları ilә, aldadılan şәxslәr mәnzil növbәsinә dә götürmüşlәr. Belә bir çirkin әmәllәrini hәyata keçirmәk üçün, Nәrimanov rayonu әrazisindә gözdәn әlillәrә mәxsus әrazidә¬ F.Yusifov küçәsi¬40 ünvanında yeni tikilәn 12 mәrtәbәli 132 mәnzilli binanı alәt etmişlәr. Bu mәqsәdlә sosial vәziyyәtlәri çәtin olan insanlardan pulların alınması üçün, ilk öncә “işbaz” olaraq Mәzahir Nәsibov adlı şәxs müәyyәnlәşdirilir vә adı çәkilәn şәxs dә, bu mәsәlә üzrә onların “makler”lәri olmuşdur. Sonradan mәlum olmuşdur ki, Nәrimanov RİH¬in başçısı Abdin Fәrzәliyevin vә GӘC¬in sәdri Sәmyar Abdullayevin tәşkilatçılığı vә birbaşa icraçılığı ilә müxtәlif tәbәqәlәrdәn olan dövlәt mәmurları tәrәfindәn, dövlәt qulluğu vәzifәlәrindәn sui¬istifadә edilәrәk, Azәrbaycan Respublikasının müvafiq normativ¬hüquqi akt vә sәnәdlәrinin tәlәblәri pozulmaqla, saxta dövlәt sәnәdlәri hazırlanmış vә bizlәr qanunsuz olaraq qeydiyyata vә Bakı şәhәr İcra Hakimiyyәtinin başçısı aparatının rәhbәri Rasim Quliyevin razılığı ilә sağlam insanlar olduğumuz halda, әlil kimi mәnzil növbәsinә götürülmüşük. Belә ki, ilk öncә onlar qeyd olunan addımlarını atmışlar.
• Respublikanın müxtәlif regionlarından olan 160¬a yaxın sağlam insanlar yaşadıqları ünvanlardan qeydiyyatdan çıxarılıb, GӘC¬in yataqxanasına qeydiyyata alınmış vә yataqxananın yaşayış sahәsinin imkan vermәdiyi dә nәzәrә alınmamışdır.
• Bizim kütlәvi olaraq mәnzil növbәliliyinә götürülmәyimiz barәdә nәinki tәlәb olunan sәnәdlәr, hәtta әrizәmiz olmadan belә, yalnız şәxsiyyәt vәsiqәsi әsasında sәrәncamlar verilmişdir.
• Hәr birimiz ümumi növbәlilik siyahısına daxil edilmәklә, mәnzil növbәsinә götürülmәyimiz barәdә verilmış sәrәncamlarla, onun әsaslarını tәşkil edәn sәnәdlәr arasında ziddiyyәtlәr mövcud olmuşdur.
• Sәrәncamlarda ümumi növbәlilik siyahısı әsasında mәnzil növbәsinә götürülmәyimizә baxmayaraq, sonradan sәrәncamların әsası kimi sәnәdlәr imtiyazlı mәnzil növbәsi üçün hazırlanmışdır.
• Mәnzil növbәsi üçün sәrәncamlardan sonra mәmurların özlәri tәrәfindәn kütlәvi olaraq, qeyd olunan
sәrәncamların әsasını tәşkil edәn saxta sәnәdlәr hazırlanmışdır.
• Ümumi növbәlilik siyahısına daxil edilmәklә mәnzil növbәsinә götürülәn vәtәndaşlardan 7 il daimi qeydiyyat müddәti tәlәb olunduğu halda, sәrәncamlarda hәmin müddәt nәzәrә alınmamışdır. Bu baxımdan qanunvericilikdә müddәt nәzәrә alınmamaqla mәnzil növbәsinә götürülmәsi imtiyazlı vәtәndaşlara (o cümlәdәn әlillәrә) şamil olunur (faktiki müddәt 1¬5 gün olmuşdur); • Әlil olmayan 160¬a yaxın hәr bir şәxs, mәmurlar tәrәfindәn mәnzil növbәsi üçün hazırlanan sәnәdlәrdә qanunsuz olaraq müxtәlif formalarda әlil kimi gösәrilmişdir.

• Korrupsiya әmәllәri aşkarlandıqdan sonra, Abdin Fәrzәliyev özünün vә korrupsiyanın gücünü nümayiş etdirmәk üçün, bizә heç bir mәlumat verilmәdәn vә әvvәlki qeydiyyatlarımız bәrpa olunmadan, Az.GӘC¬in yataqxanasından vәtәndaşlıq qeydiyyatlarımızı lәğv etdirmişdir vә s. Bununla da bizlәrә tәqdim olunmuş şәxsiyyәt vәsiqәlәri vә sәrәncamlar, yalnız vә yalnız bizim kimi imkansız şәxslәrin pullarına sahib olmaq mәqsәdi daşımışdır. Dövlәt mәmurlarının bizlәrә qarşı korrupsiya vә dәlәduzluq halları tәrәfimizdәn aşkarlanarkәn, onlar öz әmәllәrini ört¬basdır etmәk, bizlәrdәn alınmış pullara sahib olmaq mәqsәdilә, hazırlanmış bütün sәnәdlәri, o cümlәdәn vәtәndaşlıq qeydiyyatlarımızı lәğv etmiş, ev vermәk üçün bizlәrlә birbaşa pul әlaqәsindә olan Nәsibov Mәzahir Dursun oğlunu tәzyiq edәrәk, onu Azәrbaycan Respublikasını tәrk etmәyә mәcbur etmişlәr (mәqsәd: şahidi yox etmәk).. Hal¬hazırda Nәrimanov RİH¬in başçısı Abidin Fәrzәliyevin vә Az.GӘC¬in sәdri Sәmyar Abdullayevin ideoloqu, tәşkilatçısı vә birbaşa icraçısı olduqları mütәşәkkil korrupsiya vә dәlәduzluq әmәllәrini, onların "işbaz"ı Mәzahir Nәsibovun üzәrinә yönәltmәklә vә külli miqdarda pullarımıza tam sahib olmaq mәqsәdilә, Mәzahir Nәsibovun barәsindә 09.07.2016¬cı il tarixdә Nәrimanov rayon prokurorluğunda CM¬nin dәlәduzluq maddәsi ilә cinayәt işi açdırmışlar. Baş vermiş cinayәtә müvafiq cinayәt işinin açılmadığı barәdә çoxlu sayda yazılı vә şifahi müraciәtlәrimizә baxılmır, hәtta dәlәduzluq maddәsi ilә açılmış cinayәt işi üzrә dә heç bir iş aparılmır. Baş Prokurorluq isә, bizim müraciәtlәrimizlә bağlı sәlahiyyәtli dövlәt orqanlarının müraciәtlәrinә nәinki göz yumur, hәtta Nәrimanov rayon prokurorluğunun vә RPݬin qeyri obyektivliyini, fәaliyyәtsizliyini müdafiә etmәklә, adı çәkilәn korrupsiya әmәlinә vә korrupsionerlәrin fәaliyyәtlәrinә rәvac verir. Bununla da Nәrimanov RİH-in başçısı Abdin Fәrzәliyevin vә Az.GӘC¬in sәdri Sәmyar Abdullayevin tәşkilatçılığı ilә hәyata keçirilәn mütәşәkkil korrupsiya vә dәlәduzluq nәticәsindә әlimizdәn alınan 8 (sәkkiz) milyon manat pulumuzun qaytarılmasından “hәyasızcasına” imtina edilir. Baş verәnlәrlә bağlı ortaya çoxsaylı suallar da çıxır
• Dövlәt mәmurları tәrәfindәn 160¬a yaxın әlil (o cümlәdәn gözdәn әlil) olmayan insanlara ev verilmәsi adı ilә, Az.GӘC¬in yataqxanasına qeydiyyata alınması vә ev növbәliliyinә götürülmәsi, sonradan sәnәdlәrin lәğv edilmәsi, dövlәt mәmurlarının qanunsuz vә saxtakarlığını tәsdiq etmirmi?
• Dövlәt mәmurları tәrәfindәn әsassız vә saxta sәnәdlәrin hazırlanmasına, normativ hüquqi akt vә sәnәdlәrin
tәlәblәri pozulmaqla, qanunsuz qәrarların qәbul edilmәsinә tәsir edәn amil, mәhz korrupsiya amili deyilmi?

• Yuxarıda qeyd olunan bu vә ya digәr faktlar 160¬a yaxın kasıb ailәdәn alınan 8 (sәkkiz) milyon manat pula tam sahib olmaq mәqsәdi daşımırmı? Bu baxımdan hesab edirik ki, QANUNUN ALİLİYİNİN vә ӘDALӘTİN bәrpa olunması naminә, yuxarıda göstәrilәnlәrә hәr hansı mәmur sәviyyәsindә yox, sәlahiyyәtli hüquqmühafizә orqanı tәrәfindәn qanuni, obyektiv qiymәt verilmәlidir. Evlәrini, torpaqlarını satıb, banklardan kredit götürüb, qohum¬әqrabadan borc pul alıb ev sahibi olmaq istәyәnlәr, Nәrimanov RİH¬in başçısı Abdin Fәrzәliyevin vә Az.GӘC¬nin sәdri Sәmyar Abdullayevin mütәşәkkül korrupsiya vә dәlәduzluq әmәllәrinin qurbanına çevrilmişlәr. Aldadılan ailәlәr acınacaqlı vә ağır şәraitlәrdә, qohum¬әqraba yanında, kirayәlәrdә yaşayır vә XXI әsrdә hüquqsuz, müdafiәsiz insanlara da çevrilmişik. Göstәrilәnlәr barәdә 500¬dәn çox Azәrbaycan Respublikasının Prezidentinә, Milli Mәclisinin rәhbәrliyinә vә müvafiq strukturlara, deputatlardan tam әksәriyyәtinә, ali vә yüksәk sәviyyәli müvafiq icra vә hüquq mühafizә orqanlarının rәhbәrlәrinә, onların müvafiq struktur bölmәlәrinә olan müraciәtlәrimizә (hәtta 02.11.2016¬cı il tarixdә Baş prokurorluğun vә 15.11.2016¬cı il tarixdә Milli Mәslisin qarşısında keçirdiyimiz qısamüddәtli mәdәni piketlәrә) baxmayaraq, hakimiyyәtdә tәmsil olunan dövlәt mәmurlarının bir¬biri ilә sıx әlaqәlәri olduğu üçün, bu günә qәdәr heç bir tәdbir görülmәmişdir. Әksinә qanunsuz әmәllәri ilә fәaliyyәt göstәrәn mәmurlara, yüksәk sәviyyәli mәmurlar tәrәfindәn himayәdarlıq olunmuş, sosial vәziyyәtlәri çәtin olan insanların pulu üzәrindә baş vermiş dövlәt mәmurlarının mütәşәkkül korrupsiya vә dәlәduzluq faktlarına göz yumulmuşdur. Bütün bunlar haqda onu bildiririk ki, • hakimiyyәtdә tәmsil olunan mәmurlar, korrupsiya vә mәmur dәlәduzluğunu inkar edirlәr; • prokurorluq belә bir faktlar üzrә araşdırma aparmır; • polis korrupsiya qurbanlarını tәhdid edir, korrupsioner vә dәlәduz mәmurları qoruyur; • korrupsioner vә dәlәduz mәmurlar, korrupsiya qurbanları barәdә içtimaiyyәtdә mәnfi rәy, «yaramaz obraz» formalaşdırır; • korrupsiya «qanun», korrupsioner «әdalәtli» hökmdardır; • korrupsiya qurbanları acınacaqlı hәyat tәrzi ilә sağalmaz xәstәliklәrә tutulur, intihar vәziyyәtinә çatdırılır vә s. korrupsionerlәrin naminә hәyatla vidalaşır. Әlavә olaraq, onu da nәzәrinizә çatdırırıq ki, korrupsionerlәrin hegemonluqlarının, qanunsuzluqlarının, әdalәtsizliklәrinin vә digәr halların nәticәsi olaraq, biz digәr ölkәlәrin prezidentlәrinә, sәfirliklәrinә vә beynәlxalq qurumlara müraciәt etmәyә mәcbur olduq. Bu belә davam edәrsә, biz әn azından hüquqlarımızın bәrpası, o cümlәdәn korrupsiyanın bizi saldığı sәfil hәyatından qurtarmaq üçün, Azәrbaycanda peşәkar vә mütәşәkkil formada korrupsiyalaşmış dövlәt mәmurlarına qarşı, daha geniş mәfhumda vә miqyasda xarici ölkәlәrdә etirazımızı davam etdirmәk mәcburiyyәtindәyik. Halhazırda ortalıqda qalan ailәlәrin Sizlәrә böyük inamı vә ehtiyacı var. Odur ki, yazıb sizdәn xahiş edirik ki, dövlәt mәmurlarının qanunsuz hәrәkәtlәrini, belә bir qanunsuz hәrәkәtlәrin ört¬basdır edilmәsindә, mәhz onların bir¬birlәrinә yardım etmәlәrini içtimailәşdirәsiniz”. İşıq üzü görәn açıqlama tәqribәn 2012¬2013¬cü illәrdәn getgәlә salınan, verdiklәri pulları hәlә dә geri qaytarılmayan vә bu gün dә haqlı mübarizә yolundan dönmәyәn çoxsaylı sakinlәrin müraciәtlәri әsasında dәrc olunub. İnanırıq ki, açıqlamanın dәrci aidiyyәti qurumların nәzәr¬diqqәtini problemin varlığına yönәldәcәk vә hәlli istiqamәtindә müәyyәn addımlar da atılacaq. Mövzu olduqca aktuallıq kәsb etdiyindәn, növbәti saylarımızda çoxsaylı oxucularımızı, yaşananlarla bağlı daha әtraflı mәlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izlәmәyi unutmayın.
teref.az olaraq mәqalәdә adı çәkilәn hәr kәsin mövqeyini dinlәyә bilәrik.

























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.