İran ABŞ qarşıdurmasında İranın raket hədəfləri olan 3 ölkə - İranın müharibə planı

22-11-2018, 09:00           
İran ABŞ qarşıdurmasında İranın raket hədəfləri olan 3 ölkə - İranın müharibə planı
İran İnqilabı Keşikçilər Korpusunun (SEPAH) hava-kosmik qüvvələrinin komandiri general-mayor Əmirəli Hacızadə ABŞ-a təhdid edib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, iranlı general ABŞ-ın Əfqanıstan, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdəki bazalarının, həmçinin, Bəsrə Körfəzindəki təyyarədaşıyan gəmilərinin İran raketlərinin uçuş məsafəsində olduğunu açıqlayıb.

“Bizim raketlərin uçuş məsafəsindədirlər və hər hansı hərəkət edərlərsə, onları vura bilərik. Qurudan dənizə raketlərimizin uçuş məsafəsi 700 kilometrdir və ABŞ-ın təyyarədaşıyan gəmiləri hədəfimizdədir”, - Hacızadə deyib.

Qeyd edək ki, ABŞ-ın İran barəsində növbəti sanksiyaları noyabrın 5-də qəbul edilib. Sanksiyalar əsasən, İranın neft ixracını hədəf alıb.

Ancaq İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən həftə ABŞ sanksiyalarının neft ixracına böyük təsir göstərməyəcəyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru