Britaniya polisi Skripalı zəhərləyən şəxslərin yeni videolarını yayıb - VİDEO

23-11-2018, 08:02           
Britaniya polisi Skripalı zəhərləyən şəxslərin yeni videolarını yayıb - VİDEO
London polisi Solsberi şəhərində olan zaman Sergey və qızı Yuliya Skripalın zəhərlənməsində şübhəli bilinən rusiyalı Aleksandr Petrov və Ruslan Boşirovun yeni videoyazılarını, həmçinin zəhərləyici maddənin olduğu flakonun şəkillərini yayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Skotland-Yardın məlumatında bildirilir.

"Kamera qeydləri Aleksandr Petrov və Ruslan Boşirov ləqəbləri ilə məşhur olan iki şübhəlinin bazar günü, martın 4-də necə Solsberiyə gəldiklərini və yerləşdiklərini göstərir. Xüsusi hazırlanmış saxta ətir şüşəsi modellərinin fotoşəkilləri də təqdim olunur", - deyə məlumatda bildirilir.

Bundan əvvəl Rusiya "Skripal işi" ilə bağlı Britaniyaya nota verib.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru