Pedro Sançes: Britaniya mövqeyində dəyişiklik etməsə, İspaniya "Brexit" sazişini əngəlləyəcək

23-11-2018, 08:03           
Pedro Sançes: Britaniya mövqeyində dəyişiklik etməsə, İspaniya "Brexit" sazişini əngəlləyəcək
İspaniya hökumətinin sədri Pedro Sançes cümə axşamı bəyan edib ki, Britaniyanın baş naziri Tereza Mey ilə danışıqların yekununda iki ölkənin Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı mövqeyi əhəmiyyətli dərəcədə fərqlənir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu hökumət başçısı öz "Twitter" səhifəsində yazıb.

"Tereza Meylə danışıqlarımdan sonra bizim mövqelərimiz əvvəlki kimi uzaqdır. Mənim hökumətim həmişə İspaniyanın maraqlarını müdafiə edəcək. Əgər dəyişiklik olmasa, biz "Brexit"i [sazişini] əngəlləyəcəyik", - deyə hökumət başçısı yazıb.

Bundan əvvəl Britaniya və İspaniya Cəbəllütariq üzrə razılığa gəldiyi məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru