ABŞ Misirə 1 mlrd. dollar dəyərində 10 vertolyot satacaq

28-11-2018, 07:35           
ABŞ Misirə 1 mlrd. dollar dəyərində 10 vertolyot satacaq
Birləşmiş Ştatlar Misirə ümumi dəyəri 1 milyard dollar olan 10 ədəd müasirləşdirilmiş "AH-64E Apache" hücum vertolyotları, həmçinin onların döyüş sursatları və ehtiyat hissələrini tədarük etmək barədə qərar qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik və Müdafiə Əməkdaşlığı İdarəsi məlumat yayıb.

"Təklif olunan saziş Yaxın Şərqdə strateji tərəfdaşın təhlükəsizliyinin gücləndirilməsi yolu ilə ABŞ-ın xarici siyasətini və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcək. Misir, Sinay yarımadasında regional sabitliyi pozan terror fəaliyyətinə qarşı hər iki ölkənin maraqları naminə müqavimət göstərmək məqsədi ilə mövcud çoxməqsədli hücum vertolyotları parkını genişləndirmək niyyətindədir", - deyə yayılan sənəddə qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru