ABŞ OPEK-ə qarşı: Neftlə bağlı bu qərarı dəstəkləmirik

8-12-2018, 10:32           
ABŞ OPEK-ə qarşı: Neftlə bağlı bu qərarı dəstəkləmirik
ABŞ azad bazarda istənilən məhdudiyyətlərə, o cümlədən OPEK-in neftlə bağlı qərarına neqativ münasibət göstərir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin köməkçinin müavini Sandra Oudkirk deyib.

“ABŞ hökuməti 1970-ci il enerji böhranından başlayaraq, onilliklər ərzində OPEK-in bazarı idarəetməsiylə bağlı yanaşmalarına qarşı olub. Biz hesab edirik ki, bazar qüvvələrinin özləri tələbata əsaslanaraq tədarükün səviyyəsini müəyyən etsinlər” – deyə o bildirib.

Qeyd edək ki, dünən “OPEK+” ölkələri ümumilikdə gündəlik neft hasilatını 1,2 milyon barrel azaltmaq haqqında qərar qəbul ediblər. Bu ixtisarın 800 min bareli OPEK-in, 400 min bareli isə OPEK-ə daxil olmayan ölkələrin payına düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru