Yeni parlamentdə Milli Məclisin sədri kim olacaq? -İlginc gəlişmələr...
29-10-2015, 17:28
Qarşıdan gələn parlament seçkilərilə bağlı DİA.AZ-a ilginc informasiyalar daxil olub.
Redaksiyamıza ptürülən xəbərdə qeyd olunur ki, qalmaqallı "MTN işi" özünü builki seçkilərin nəticələrində, habelə seçkilərdən sonrakı prosesdə belə göstərəcək.
Mənbə dia.az-a bildirir ki, konkret olaraq, 20-yə yaxın hazırki deputatın yenidən mandat alması şübhəlidir, habelə, parlamentin indiki sədri Oqtay Əsədovun yenidən parlamentin sədri postuna gətirilməsi məsələsi də kifayət qədər problemlidir.
Xəbərə görə, Oqtay Əsədov yüzə yüz parlament9in sədri olmayacaq: "Artıq onu əvəz edəcək şəxsin kimliyi də bəllidir. Bunun nəticələrini hər kəs görəcək".