AŞPA-nın müşahidə missiyasının rəhbəri: "Seçkilərlə bağlı ab-hava müsbətdir"

1-11-2015, 12:58           
AŞPA-nın müşahidə missiyasının rəhbəri: "Seçkilərlə bağlı ab-hava müsbətdir"
"Azərbaycandakı seçkilərlə bağlı ab-hava müsbətdir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AŞPA-nın müşahidə missiyasının rəhbəri, ispaniyalı deputat Jordi Çukla Kosta söyləyib.

Paytaxt Bakıda bir neçə seçki məntəqəsində olduqdan sonra missiya rəhbəri bildirib ki, hələ ki çatışmazlıq aşkar edilməyib. O, həmçinin vurğulayıb ki, səsvermənin gedişatı ilə bağlı müşahidələri qiymətləndirməsi komandasının ümumi təəssüratlarının sadəcə, bir hissəsidir.

Onun sözlərinə görə, bu gün AŞPA missiyasının 32 müşahidəçisi Bakıda və ölkənin bölgələrində bir sıra seçki məntəqəsində olacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru