"8 saylı Binəqədi dairəsində "karusel əməliyyatı" xəbəri yalandır" - Azay Quliyevin Seçki Qərargahı

1-11-2015, 19:40           
"8 saylı Binəqədi dairəsində "karusel əməliyyatı" xəbəri yalandır" - Azay Quliyevin Seçki Qərargahı
Deputatlığa nazmizəd Azay Quliyevin Seçki Qərargahından teref.azya məlumat daxil olub. Məlumatı olduğu kimi təqdim edirik:

"8 saylı Binəqədi birinci seçki dairəsində bəzi namizədlərin yaratdığı təxribat qrupunun gözlənilən qanunazidd əməlləri haqqında Azay Quliyevin Seçki Qərargahına daxil olmuş məlumatlar özünü doğrultmaqdadır.

Belə ki, məlum təxribat qrupu heç bir fakta əsaslanmadan, guya dairə ərazisində seçicilərin “karusel” üsulu ilə məntəqələrə gətirilərək Azay Quliyevə səs verdirilməsi, seçki bülletenlərinin topa şəklində qutulara atılması haqqında sosial şəbəkələr və və bəzi media qurumları vasitəsilə yalan məlumatlar yayıblar.

Tərəfimizdən aparılmış operativ araşdırmalar nəticəsində məlum olub ki, 8 saylı Binəqədi birinci seçki dairəsinin heç bir məntəqəsində “karusel” əməliyyatı baş verməyib. Bu iddialarla bağlı media və sosial şəbəkələrdə yayılan xəbərlərdəki fotoşəkillər də heç bir qanun pozuntusunu əks etdirmir. Fotoşəkillərin bir çoxunun isə 8 saylı Binəqədi birinci seçki dairəsinə ümumiyyətlə aidiyyəti yoxdur.

Araşdırma zamanı məntəqə seçki komissiyalarının üzvləri, eləcə də deputatlığa namizədlərin müşahidəçiləri də yayılan məlumatların həqiqətə uyğun olmadığını bildiriblər.

Seçki Qərargahının Mətbuat Xidməti"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.