"Dəmirdaşın xirtdəyindən yapışmalıyıq" - Azərbaycan Kürdləri İB-nin sədri

7-04-2016, 18:48           
"Dəmirdaşın xirtdəyindən yapışmalıyıq" - Azərbaycan Kürdləri İB-nin sədri
HDP sədri Səlahəddin Dəmirdaş Azərbaycan-Ermənistan arasında son günlər yaşanan olaylara münasibət bildirərək, Ermənistanın mövqelərini müdafiə edib. HDP-yə yaxınlığı ilə tanınan PKK terror təşkilatının bu gün Ermənistana 400 yaraqlı göndəriyi yayılan xəbərlərdən biridir.

Hafta.az-a açıqlama verərək HDP sədrinin mövqeyinə münasibət bildirən Azərbaycan Kürdləri İctimai Birliyinin sədri Tahir Süleymanov Səlahəddin Dəmirdaşın mövqeyini düzgün hesab etmədiyini dedi:

“Mən inanmıram ki, Dəmirdaş bu sözləri deyib. Əgər belə deyibsə, biz həm təşkilat olaraq, həm də şəxsən mən HDP sədrinin mövqeyininə qəti etraz edirəm. Bu məsələdə, əslində, biz, Azərbaycan kürdlərinin də günahı var. Biz gərək tez-tez Azərbaycandan jurnalistlərini Türkiyənin cənub-şərqinə, İraqa aparaq, onlar Azərbaycan həqiqətlərini kürdlər arasında təbliğ etsinlər. Biz kürdlərə çatdırmalıyıq ki, ermənilər 1897-ci ildə, bir gecədə 40 min müsəlman türk və kürdü qətlə yetirib. Şəxsən mən ermənilərin işğalçı siyasətinin ucbatından evimdən didərgin düşmüşəm. Biz bu həqiqətləri Dəmirdaşa çatdırıb, sonra gedib onun xirtdəyindən yapışıb ermənilərin törətdiyi cinayətləri ona xatırlatmalıyıq. Dəmirdaşın mövqeyinə münasibətim çox pisdir. Bu, kürdlərin mövqeyi ola bilməz. HDP sədri qoy Azərbaycana, Qazaxıstana, Qırğızıstana öz nümayəndələrini göndərsin. Görsünlər ki, kürdlər bu müddət ərzində kimlərin əlindən əzab görüblər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.