`Putin rayonların qaytarılması ilə bağlı təklif verib`

7-04-2016, 19:05           
`Putin rayonların qaytarılması ilə bağlı təklif verib`
Rusiya prezidenti Vladimir Putin, bundan öncəki ölkə başçısı Dmitri Medvedyev Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunması yolu ilə münaqişə bölgəsində gərginliyin azaldılmasına dair müxtəlif təkliflər irəli sürüblər.

AzVision.az -a xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda “TASS” agentliyinin baş direktorunun müavini Yuri Qusmana müsahibəsində bildirib.

“Qarabağ ətrafındakı rayonların azad olunması ilə bağlı müxtəlif ideyalar irəli sürülüb. Detalları açıqlamayacağam, lakin bir neçə variant hələ də danışıqlar masasındadır. Ötən gün Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bu məsələ ətrafında fikir mübadiləsi apardıq”,- deyə Lavrov qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru