İt sahibi ilə birlikdə təslim oldu (FOTO)

7-04-2015, 16:16           

Braziliyada polis qanunsuz narkotik alveri ilə məşğul olan qrupun üzvlərinə təslim olmaq əmri verərkən maraqlı mənzərə ilə qarşılaşıb. Belə ki, it də sahibi kimi yerə uzanaraq təslim olub. Bu barədə Trend Türkiyənin "Hürriyyət" qəzetinə istinadən xəbər verir.

Polisin məlumatına görə, bu qrup uzun müddətdir izlənilib: “Onları saxlayarkən xeyli miqdarda narkotik vasitə, silah-sursat aşkar etdik. Polis hadisə yerinə gələrkən hürən it vardı. Ancaq sahibinin yerə uzanıb təslim olduğunu görən it sakitləşərək eyni hərəkəti edib”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru