Rektorun “pedaqoji alveri”ndə yeni qaydalar
11-11-2015, 13:13
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov təhsil ocağını obyektə çevirib.
teref.az dia.az-a istinadla xəbər verir ki, ödənişli təhsil alan tələbələr oxuduğu universitetə bank vasitəsiylə pul köçürür
Digər universitetlərdə belə bir qayda var ki, tələbə pul ödədiyi bankın istənilən şöbəsində və filialında banka təhsil haqqın ödəyə bilər. Məsələn, tələbə paytaxta hər hansı universitetdə oxuyur və pulu kapital banka vurmalıdır.
Tələbə o zaman Kapital bankın nəinki Bakıdakı filialında, Ağdamda, Bərdə də ödəniş edə bilər .Ancaq Dövlət Pedaqoji Universitetdə bu qayda yoxdur. Yusif Məmmədovun bacarığı sayəsində tələbələr ancaq və ancaq Beynəlxalq bankın Səbail filialında ödəniş edə bilərlər.
Bundan başqa kredit sisteminə keçidlə əlaqədar olaraq universitetlərdə birmənalı olaraq imtahanlar ya yazılı, ya da kompüterlə baş tutur. Ancaq Dövlət Pedaqoji Universitetində Amerika qitəsin kəşf edən rektor var deyə burda tələbələr zülm çəkir.
Belə ki tələbə əvvəlcə imtahana girir imtahanı komputerlə verir, bütün suallara düz cavab verirsə o zaman rektorun cəza maşını işə düşür.
Tələbəyə məcburi yazılı imtahana da girməlisən deyir razılaşmayan tələbənin imtahanı ləğv edilir və 100 bal əvəzinə 71 bal yəni (3.5 qiymət) yazılır. Heç bir dövlət universitetində belə bir qayda yoxdur.Ancaq Pedaqoji Universitetdə Yusif Məmmədov haqsızlığından yaranan qaydalar var.