"Azərboru"da maaş üsyanı gözlənilir - ŞİKAYƏT VAR

13-11-2015, 11:40           

"Azərboru" zavodunda fəhlələr 3 aydır ki, maaş bilmir. Bu barədə dia.az-a məlumatı sözügedən zavodda çalışan fəhlələr verib.

Adlarının çəkilməsini istəməyən fəhlələr bildirib ki, "Azərboru" "Baku Steel Company" şirkətinin tabeliyinə keçəndən sonra maaşlarda problem yaranıb: "Son 3 ayda isə bizə ümumiyyətlə maaş verilməyib. Evə ərzaq almağa belə pulumuz yoxdur. Maaşların verilməməsinin səbəbi bizə bəlli deyil".

Fəhlələr onu da bildirib ki, işçilərin 90 faizi əmək haqlarının 67 faizinin ödənilməsi şərtilə məzuniyyətə buraxılıb: "67 faiz ödəniş ediləndə fəhlələrin 1 ayına 170 manat düşür. Amma bunu da vaxtlı-vaxtında ödəmirlər. Məgər "Baku Steel Company"nin pulu yoxdur ki, bizi ac qoyurlar? Borcun içində boğuluruq, hamının banka kredit borcu var, amma maaş almadığımıza görə ödəyə bilmirik",-deyə fəhlələr vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru