Ədliyyə naziri: Bələdiyyələrlə bağlı cinayət xarakterli 23 fakt üzrə materiallar prokurorluğa göndərilib

22-11-2017, 07:16           
Ədliyyə naziri: Bələdiyyələrlə bağlı cinayət xarakterli 23 fakt üzrə materiallar prokurorluğa göndərilib
Bu ilin ötən dövrü ərzində Azərbaycanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə tədbirlər davam etdirilərək 67 mindən çox bələdiyyə aktı yoxlanılıb, qanunsuz qərarların ləğvinə nail olunub.

APA-nın məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə “Azərbaycan” qəzetində işıq üzü görən “Azərbaycan ədliyyəsi yeni inkişaf mərhələsi yaşayır” başlıqlı məqaləsində yazıb.

Ədliyyə naziri qeyd edib ki, aşkar edilmiş cinayət xarakterli pozuntularla bağlı 23 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış minlərlə torpaq sahəsi geri qaytarılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru