"Kiməsə bunu sübut etmək niyyətim yoxdur” - Eda Ece
14-03-2021, 20:22
Ötən gün aktrisa Eda Ece sevgilisi Buğrahan Tuncerlə Nişantaşında kameralara tuş gəlib.
Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, jurnalistlərin suallarını cavablandıran aktrisa ilk dəfə şəxsi həyatından danışıb və xoşbəxt olduğunu bildirib:
“Tez-tez dalaşdıq, ayrıldıq, barışdıq kimi ifadələr işlətmək istəmirəm. Hələ ki heç bir problemimiz yoxdur. Hazırda çox xoşbəxtəm. Kiməsə bunu sübut etmək niyyətim yoxdur”.