Məşhur müğənni təyyarədə ürəyi gedən gəncləri belə xilas etdi
29-06-2017, 09:36
Məşhur müğənni Fərhad Göçər təyyarə ilə Kiprdən İstanbula qayıdarkən, baş verəcək faciənin qarşısını alıb. İxtisasca həm də cərrah olan F.Göçər təyyarədə qəfil huşunu itirən iki gəncə ilk müdaxiləni edərək həyatlarını xilas edib. Təyyarə enənə qədər gənclərin vəziyyətləri haqqında səhiyyə işçilərini məlumatlandırıb. Həmin təyyarədə digər məşhur müğənnilər Fatih Ürək və Hadisə də olub.
Moderator.az xəbər verir ki, təyyarə, İstanbul Atatürk Hava limanına enən zaman arxa tərəfdə sərnişinlər arasında qəflətən çaxnaşma yaranıb. Müğənnilər əvvəlcə nələrin yaşandığını öyrənməyə çalışıblar. Daha sonra stüardessa baş verən mənfi olay barəsində məlumat verərək, təyyarədə sərnişinlər arasında həkim olub-olmadığını soruşub. F. Göçer dərhal huşunu itirən bir rus, iki türk gəncə ilk müdaxiləni edib. O, həmçinin, bir tərəfdən də pankaya düşən digər sərnişinləri sakitləşdirməyə çalışıb.
F.Göçerin ilk müdaxiləsindən sonra hava limanında təcili yardıma çatdırılan gənclərin vəziyyətlərinin yaxşı olduğu bildirilib.