ABŞ-dan Bakıya gətirdiyi qadının başına oyun açdı – TOY FIRILDAĞI

6-07-2017, 17:01           
ABŞ-dan Bakıya gətirdiyi qadının başına oyun açdı – TOY FIRILDAĞI
Bakıda əcnəbi ölkə vətəndaşına qarşı dələduzluq edib. Lent.az xəbər verir ki, ABŞ vətəndaşı, 1970-ci il təvəllüdlü Elizabeth Rose Albecht hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Azər adlı şəxs onu aldadaraq 5 min dollar pulunu alıb.

Amerikalı qadın şikayət ərizəsində qeyd edib ki, bir müddət əvvəl Azər adlı şəxslə tanış olub. Həmin şəxs daha sonra qadına evlilik təklif edib və onu Azərbaycana dəvət edib. Elizabeth Rose keçən ay bilet alaraq təyyarə ilə Bakıya gəlib və Azərlə görüşüb. Onlar bir neçə gün görüşüblər və Bakını gəziblər. İyunun 22-də isə Azər qadına bildirib ki, toy etmək üçün pul lazımdır və ondan 5 min dollar alıb. Lakin həmin müddətdən sonra Azər yoxa çıxıb. Çıxılmaz vəziyyətdə qalan amerikalı qadın çıxış yolunu polisə müraciət etməkdə görüb.

Müraciət əsasında araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru