Ölkə yasda ikən toy edən bacılar ittihamlara: "Bizim üçün ilk öncə ailəmizdir!" - FOTOLAR
6-07-2017, 22:02
Xəbər verdiyimiz kimi, ötən gün əkiz bacılar Sevil və Sevinc Səfərova bacılarının qardaşı Anarın toyu olub.
BiG.AZ xəbər verir ki, bugün bir çox yerli saytlar bacıları qınayıb. Belə ki, onların iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulmasından həlak olan Quliyeva Zəhranın ölümünə biganə qalması bir çox insanları əsəbiləşdirib.
Səfərovalar bütün bu ittihamlara cavab verib:
"Əminəm ki, dediklərimizlə razılaşarsınız. Çünki hər kəs üçün ilk öncə ailəsidir. Dünən bizim üçün ən önəmli gün idi, bizim bircə qardaşımız var. Onun üçün hər şeyi qurban verərik. Bəzən elə rəylər, saytlarda elə başlıqlar görürəm ki, fikirləşirəm, görəsən bunu yazanın ailəsi yoxdur. Gəlin, hamı öz həyatına, əməllərinə özü cavab versin. Hər bir kəs öz günahlarına cavab versin".
Xatırladaq ki, dünən Səfərovalar qardaşları Anara toy ediblər.